Latviyanın "Riqa" klubunun azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə matçı izləmək üçün maraqlı addım atıb.
Sportnet.az-ın məlumatına görə, fanatlar qarşılaşmaya baxmaq məqsədi ilə iki ədəd üstü açıq ikimərtəbəli avtobus icarəyə götürüblər. Onlar 90 dəqiqə ərzində komandalarına dəstək olublar.
Qeyd edək ki, "Riqa" doğma meydanda "Seltik"ə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.