"Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı". Sportnet.az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının XVII turunda AZAL-a 1:3 hesablı məğlubiyyətin səbəbi kimi çempionata yaxşı hazırlaşa bilməməklərini göstərib:
"Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. "Simurq”la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik”.