
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u Ağdam klubunun paylaşımına cavab verib.
Sportnet.az-ın məlumatına görə, Superliqa təmsilçisi rəsmi "Twitter" səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.
Fotonun üzərində isə bu sözlər yazılıb: "Qarabağ" FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik".
Qeyd edək ki, daha əvvəl "Qarabağ" öz "Facebook" səhifəsində "Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik" paylaşımı edib.