
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Türkiyənin "Sivaspor" komandasının futbolçusu püşk haqqında danışıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi bu barədə "Instagram" hesabından paylaşım edib.
Öztekin turnirdə ölkəni və "Sivasspor"u layiqincə təmsil edəcəklərini söyləyib: "Heç kəsin buna şübhəsi olmasın".
Qeyd edək ki, "Qarabağ" "Sivaspor"la yanaşı, İsrailin "Makkabi" və İspaniyanın "Vilyarreal" klubları ilə mübarizə aparacaq.