
İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında texniki zonada əyləşə bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, səbəb 51 yaşlı mütəxəssisin cəzalı olmasıdır. Yunanıstanlı baş məşqçi Avstriyada "Zaltsburq"a 1:3 (ilk görüş - 1:2) hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə texniki zonadan qovulub.
Donis "Qarabağ"la matçı tribunadan izləməli olacaq.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.