Bakı. 20 dekabr. REPORT.AZ/ "Təəssüf edirəm ki, tez-tez baş məşqçi dəyişikliyi zamanı, onların təqdimatında bir araya gəlirik”.”Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov yeni baş məşqçi Roman Qriqarçukun ictimaiyyətə təqdimatı zamanı deyib.
Klub
rəsmisi seçimin nəyə görə R.Qriqarçuk üzərində olduğunu bu cür izah edib: "İlk olaraq istədik ki, Azərbaycan
mentalitetinə uyğun məşqçimiz oldu. Qriqarçuu ona görə seçdik ki, bildiyimiz
kimi klubun əsas məqsədi akademiya, uşaq futboludur. Həm uşaq futboluna diqqəti
həm də bir komandada daha çox işləməyi bizim fikrimizi qətiləşdirdi. Insan olaraq
çox gözəl bir insandır”.
"bütün
yerli məşqçilərin hamısına böyük hörmətim var. Kifayət qədər yaxşı mütəxəssislərimiz
var. Yerli məşqçi seçməməyiməz gəldikdə, bununla bağlı qərarı klub prezidenti
verir. Yaxşı məşqçilərimiz var, ancaq klubun strategiyasına uyğun gəlmirlər”.
Vitse-prezident hazırda komandanı çalışdıran məşqçi Sənan Qurbanovla bağlı fikirlərini də söyləyib: "Ramiz Məmmədov "Qəbələ”də işlədiyi dönəmdə xarici ölkələrə praktika üçün göndərildir. Hansı səbəbdən uğursuzluqlar oldu, bilmirəm. "Qəbələ”nin 9 illik tarixində 4.5 ilini yerli məşqçi ilə keçirmişik. Sənan Qurbanov məşqçi yetirməmizdi. Ola bilər ki, onu daha yaxşı bir məşqçi kimi yetişməsi üçün xarici ölkəyə göndərək.