İspaniyanın "Vilyarreal" klubunun futbolçuları UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı paylaşım ediblər.
Sportnet.az-ın məlumatına görə, hücumçu Pako Alkaser və yarımmüdafiəçi Visente İborra "Twitter"də matç barədə fikirlərini bölüşüb.
Alkaser evdən çox uzaqda matça çıxacaqlarını xatırladıb: "Eyni istəklə oynayacağıq və növbəti 3 xal üçün mübarizə aparacağıq".
İborra isə qrup mərhələsinin ikinci qarşılaşmasında komanda olaraq hədəfə doğru bir addım daha irəliləmək istədiklərini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı bu gün Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.