
Topaz Premyer Liqasında XVIII turun son oyunu Zaqatalada baş tutub. Sportnet.az xəbər verir ki, "Bakı"nı qəbul edən "Simurq" 5:2 hesablı qələbə qazanıb.
Oyundan sonra qonaqların baş məşqçisi İbrahim Uzunca matç haqqında fikirlərini bildirib: "Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularımız gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.