
"Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik". Sportnet.az xəbər verir ki, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çıxradze deyib.
O, Topaz Premyer Liqasının XVIII turunda və ilin son oyununda "Bakı" üzərindəki 5:2 hesablı qələbəni şərh edib: "Deyim ki, oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Oyun dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik. Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik”.