Türkiyə Super Liqasında VII turun son oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin rəqiblərindən olan "Sivasspor" "Hatayspor"un qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sivasspor"un yeganə qolunu 6-cı dəqiqədə Maks Qradel vurub. Meydan sahibləri 8-ci dəqiqədə tarazlığı bərpa etsələr də, 82-ci dəqiqədə azlıqda qalıblar. Lakin qonaqlar say üstünlüyündən yararlanmağı bacarmayanlar.
Günün digər matçında "Fənərbağça" səfərdə "Antalaspor"a 2:1 hesabı ilə qalib gəlib.
Hazırda "Fənərbağça" 17 xalla 1-ci, "Sivasspor" 8 xalla 10-cudur.
"Sivasspor" növbəti oyununu noyabrın 5-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.