Futbol üzrə Türkiyənin birinci liqasında çıxış edən "Menemenspor" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə kubokunda noyabrın 4-də "Erzincanspor"la oyundan əvvəl baş məşqçi Cenk Laleci ilə yanaşı, 5 futbolçu və klubun 2 işçisinin testi müsbət nəticələnib.
"Menemenspor" bununla da klubda son 6 gündə 30 nəfərin testinin müsbət olduğunu açıqlayıb.
Qeyd edək ki, oktyabrın 31-də keçirilməli olan "Menemenspor" - "Ankaraspor" matçı təxirə salınıb.