İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Paskuale Bruno hazırda Turin təmsilçisində çıxış edən Kriştianu Ronaldunu tənqid edib.
Sportnet.az-ın məlumatına görə, "Tiki Taka"ya açıqlama verən 58 yaşlı keçmiş müdafiəçi portuqaliyalı hücumçunu nəzakətsiz adlandırıb.
Bruno 35 yaşlı forvardın iki ildir İtaliyada olduğu halda, hələ də italyan dilini öyrənmədiyini bildirib: "Özünü ifadə etmək üçün ispan dilindən istifadə edir. Nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir".
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"da 2018-ci ildən çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayınadəkdir.