UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyə "Sivasspor"u ilə "Qarabağ" arasında keçiriləcək matçın hakimləri dəyişib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb. Referi Sandro Şörerə Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.
Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmıışdı. Görüşün 4-cü hakimi Portuqaliyalı Yanku Yoan Vasilitsa dəyişdirilməyib.
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.