Yunanıstan AEK-nin baş məşqçisi Massimo Karrera Avropa Liqasının qrup mərhələsinin III turunda "Zarya" ilə matç üçün komandası ilə birlikdə Ukraynaya gedə bilməyib.
Sportnet.az "Onsports" nəşrinə istinadən xəbər verir ki, səbəb 46 yaşlı mütəxəssisin hərarətinin yüksəlməsidir.
İtaliyalı baş məşqçi çərşənbə axşamı həkimə müraciət edib, lakin bu gün də onun simptomları dəyişməz qalıb.
Qeyd edək ki, "Zarya" - AEK matçı noyabrın 5-də keçiriləcək.