"Oğuz Çətin bu gün səhər istefa verdi. Onun istefası bizim üçün gözlənilməz oldu". Sportnet.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, türkiyəli mütəxəssis Lənkərən komandasının prezidenti Mais Mənsimovla görüşü zamanı ayrılmaq istədiyini deyib: "Oğuz Çətin klub rəhbərliyi tərəfindən onun üçün yaradılan şəraitə görə təşəkkür edib və klubdan ayrılaraq vətəninə gedib. Onun gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil".