İngiltərənin "Liverpul" klubunun zədəli futbolçusu Trent Aleksander-Arnoldun durumuna aydınlıq gəlib.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi 4 həftəlik sıradan çıxıb.
İngiltərəli oyunçu Premyer Liqanın VIII turunda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə zədələnib.
Aleksander-Arnold 63-cü dəqiqədə əvəzlənməli olub.