"Azərbaycan fiziki cəhətdən güclü və oyun tərzinə sahib olan komandadır".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis Azərbaycan seçməsini San Marino ilə müqayisə edib: "Azərbaycan San Marinodan tamamilə fərqli və keyfiyyətli komandadır. Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm. Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Nəticə həmişə, hətta sabah da vacibdir. Altı əvəzetmə imkanı var və oyunun ortalarında az forma şansı əldə edənlərə fürsət verə bilərik".
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.