
AFFA
Intizam Komitəsi Topaz Premyer Liqasının XVII və XVIII turları
haqqıda qərarlarını açıqlayıb. Sportnet.az xəbər verir ki, komitə oyunlarda baş
verənlərə aşağıdakı kimi hüquqi qiymət verib.
Topaz Premyer Liqasının XVII turunun "Bakı” –
AZAL matçında "Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XVII turunun "Xəzər
Lənkəran” – "Qarabağ” matçında "Xəzər Lənkəran” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.Oyunun
12-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri
tərəfindənmeydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə
olunur.
Topaz Premyer Liqasının XVII turunun "Sumqayıt”
– "Qəbələ”matçında "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 89-cu dəqiqəsində "Sumqayıt” klubunun
azarkeşləri tərəfindənmeydançaya kənar əşya atıldığına görə klub 2000
manat cərimə olunur.
Topaz Premyer Liqasının XVII turunun "İnter” – "Neftçi”matçında "Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.