
"Sumqayıt" klubu "Qarabağ"la keçirdiyi Azərbaycan Premyer Liqasının X tur matçında futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, kapitan Vurğun Hüseynov epizodların birində rəqib oyunçu ilə toqquşaraq, ayağından zədə alıb. Nəticədə təcrübəli müdafiəçi 36-cı dəqiqədə yerini Adəm Həmatiyə verməli olub.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 2:0.