
Həkimi Leopoldo Luke əfsanəvi futbolçu Dieqo Maradonanın müalicəsində tibbi səhv ehtimalını inkar edib.
Sportnet.az-ın məlumatına görə, "Pagina12" nəşrinə açıqlama verən Luke sabiq yarımmüdafiəçinin xilası üçün mümkün olan hər şeyi etdiyini bildirib.
Həkim heç bir tibbi yanlışlığının olmadığını söyləyib: "Maradonada gözlənilməz bir şey oldu: infarkt. Həkimlər bunun qarşısını almaq üçün hər şeyi etdilər. Bütün dünyadakı xəstələr bundan ölür".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.