"Müəyyən səbəblərdən oyuna itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Bununla belə gənclərə inanırdıq və bilirdik ki, onlar etimadı doğruldacaqlar. Yaxşı oynayaraq, qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, qol epizodlarını qola çevirmək üzərində çalışırlar: "Meydanda futbolçu qərarı stres altında verir. Futbolçulara inanıram, onlar istədiyimizi verirlər".
Baxşıyev gənc futbolçu Rüfət Əmirlinin çıxışından da məmnunluq ifadə edib: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır. İnanıram ki, gələcəkdə əsas milliyədək yüksələ bilər".