Futbol üzrə Azərbaycanın I Divizionunda VIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. "Sabah-2" səfərdə "Qaradağ Lökbatan"dan üstün olub - 2:0.
"Neftçi-2" isə evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub. Əyalət təmsilçisi 20-ci qələbəsini qazanıb və liderliyini qoruyub.
3 dekabr (cümə axşamı)
“Qaradağ Lökbatan” – “Sabah-2” - 0:2
Qollar: Samir Məhərrəmli, 40, Fərid Kərimzadə, 87
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
“Neftçi-2” – “Turan Tovuz” - 0:1
Qol: Elçin Qasımov, 48
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Türk Hava Yollar Futbol Mərkəzi (IV meydança)
2 dekabr (çərşənbə)
“Kəpəz” – “Qarabağ-2” - 0:1
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu, 13:00
“Keşlə-2” – MOİK - 1:3
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”, 14:00
“Sumqayıt-2” – “Zaqatala” - 0:0
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00