UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 1/16 final mərhələsinə vəsiqə qazanan son 2 komandanın adına aydınlıq gəlib.
"Qarabağ"ın yer aldığı I qrupunda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Türkiyə "Sivasspor"u qrupda qalıb. Meydan sahibləri İspaniya "Vilyarreal"ından sonra pley-offa yüksələn 2-ci komanda olub.
Yeri gəlmişkən, bu qrupun "Qarabağ" - "Vilyarreal" matçı Azərbaycan çempionunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün təxirə salınıb. Oyunun taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Ağdam təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.
K qrupunda isə Avstriyada Niderlandın "Feyenoord" komandasını 1:0 hesabı ilə məğlub edən "Volfsberq" 1/16 finala adlayıb.
Qeyd edək ki, daha əvvəl İspaniyanın "Vilyarreal", "Qranada" və "Real Sosyedad", İtaliyanın “Roma”, "Milan" və "Napoli", İngiltərənin “Arsenal”, “Lester” və "Tottenhem", Almaniyanın “Hoffenhaym” və "Bayer", Portuqaliyanın "Braqa" və "Benfika", Fransanın "Lill", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo" (Zaqreb), Serbiyanın "Srvena Zvezda", Çexiyanın "Slaviya", Niderlandın PSV, Şotlandiyanın "Reyncers", Norveçin "Molde" və İsveçrənin "Yanq Boyz" komandaları növbəti mərhələyə yüksəliblər. Bu klublara Çempionlar Liqasında öz qruplarında 3-cü pilləni tutmuş 8 kollektiv - "Şaxtyor" Donetsk və "Dinamo" Kiyev (hər ikisi Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Niderland), "Krasnodar" (Rusiya), "Brügge" (Belçika) qoşulacaq.
1/16 final mərhələsinin püşkü dekabrın 14-də atılacaq.
-----------------------------------------------
UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.
Spornet.az-ın məlumatına görə, VI tur çərçivəsində 23 oyundan 12-si artıq başa çatıb.
Qeydə alınan nəticələrə əsasən, daha 4 komanda 1/16 final mərhələsinə vəsiqə qazanıb.
A qrupunda İsveçrədə Rumıniyanın ÇFR klubunu məğlub edən "Yanq Boyz" adını pley-offa yazdırıb.
B qrupunda Avstriyada "Rapid"la heç-heçə edən Norveç "Molde"si növbəti mərhələyə adlayıb. F qrupunda isə İtaliyanın "Napoli" və İspaniyanın
"Real Sosyedad" klubları 1/8 finala çıxıblar.
-------------------------------------------------
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, I qrupunda İspaniya "Vilyarreal"ı ilə "Qarabağ" arasındakı qarşılaşma təxirə salındığından son tur çərçivəsində ümumilikdə 23 görüş baş tutacaq.
Ağdam klubunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün komanda İspaniyaya getməyib. Matçın taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Azərbaycan çempionuna texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Bu qrupun digər oyununda Türkiyə "Sivasspor"u İsraildə Təl-Əviv "Makkabi"si ilə qarşılaşacaq. Qonaqlar 1/16 finala vəsiqə qazanmaq üçün mütləq səfərdə qələbə qazanmalıdır.
Bundan əlavə, A, B, K və F qruplarında pley-offa adlayacaq daha 5 komandanın adına aydınlıq gələcək.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
G qrupu
00:00. “Lester” (İngiltərə) - AEK (Yunanıstan) - 2:0
00:00. “Braqa” (Portuqaliya) - “Zarya” (Ukrayna) - 2:0
Xal durumu: "Lester" - 13, "Braqa" - 13, "Zarya" - 6, AEK - 3
H qrupu
00:00. “Seltik” (Şotlandiya) - “Lill” (Fransa) - 3:2
00:00. “Sparta” (Çexiya) - “Milan” (İtaliya) - 0:1
Xal durumu: "Milan" - 13, "Lill" - 11, "Sparta" - 6, "Seltik" - 4
I qrupu
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) “Sivasspor” (Türkiyə) - 1:0
Xal durumu: "Vilyarreal" - 13, "Makkabi" - 11, "Sivasspor" - 6, "Qarabağ" - 1
J qrupu
00:00. “Lüdoqorets” (Bolqarıstan) - LASK (Avstriya) - 1:3
00:00. “Tottenhem” (İngiltərə) - “Antverpen” (Belçika) - 2:0
Xal durumu: "Tottenhem" - 13, "Antverpen" - 12, LASK - 10, "Lüdoqorets" - 0
K qrupu
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - MOİK (Moskva, Rusiya) - 3:1
00:00. “Volfsberq” (Avstriya) - “Feyenoord” (Niderland) - 1:0
Xal durumu: "Dinamo" - 14, "Volfsberq" - 10, "Feyenoord" - 5, MOİK - 3
L qrupu
00:00. “Hoffenhaym” (Almaniya) - “Gent” (Belçika) - 4:1
00:00. “Slovan” (Çexiya) - “Srvena Zvezda” (Serbiya) - 0:0
Xal durumu: "Hoffenhaym" - 16, "Srvena Zvezda" - 11, "Slovan" - 7, Gent - 0.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Roma”, "Milan", İngiltərənin “Arsenal”, “Lester”, "Tottenhem", Almaniyanın “Hoffenhaym”, "Bayer", Portuqaliyanın "Braqa", "Benfika", Fransanın "Lill", İspaniyanın "Vilyarreal", "Qranada", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo", Serbiyanın "Srvena Zvezda", Çexiyanın "Slaviya", Niderlandın PSV və Şotlandiyanın "Reyncers" komandaları növbəti mərhələyə yüksəliblər.