Futbol üzrə Azərbaycan I Divizionunun 10-cu turunda ötən gün MOİK-lə qarşılaşan "Turan Tovuz" komandası nümunəvi addımı ilə diqqət çəkib.
Sportnet.az xəbər verir ki, Tovuz təmsilçisinin futbolçuları 2:0 hesabı ilə qalib gəldikləri oyunda əsgər və şəhidlərimizi yad ediblər.
Vidadi Cəfərovun vurduğu ilk qoldan sonra oyunçular 44 günlük Vətən Müharibəsində şəhid olan hərbçilərin sayına uyğun olaraq formalarındakı nömrələrlə 2783 rəqəmi hazırlayıblar. Digər futbolçular isə əsgər salamı verib.
Qed edək ki, "Turan Tovuz" 24 xalla turnir cədvəlinə başçılıq edir.