Türkiyə milli komandasının düşərgəsində silahlı insident baş verib. Sportnet.az-ın "Vatan" qəzetinə istinadən məlumatına görə, yığmanın futbolçusu Gökhan Töre bir neçə dostu ilə birgə komanda yoldaşları Hakan Çalhanoğlu və Ömər Toprakın otel otağına basqın edib. 
	
Töre Hakan və Öməri hədələyib və tapançasını çıxaraq, onların ağzına soxub. Bir müddət öncə baş vermiş hadisədən onun klubu "Beşiktaş"a da xəbər çatıb. Nəticədə qalmaqallı futbolçu klubdan qovulub.
	
Qeyd edək ki, Gökhan Töre bir müddət öncə icazəli olmadığı halda "Beşiktaş"ın düşərgəsini tərk edərək, bara yollanıb və orada belindən silahla vurulub.