
"Sumqayıt" müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014/2015 mövsümünün yekununda müqaviləsi bitəcək futbolçuyla daha 1 illik razılaşma әldә olunub.
"Sumqayıt"ın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli isə "Zirə"də çıxış edəcək. 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.
Qeyd edək ki, Bəxtiyar arxada qalan 16 turun 15-də çıxış edib. O, 15 qarşılaşmada ümumilikdə 1021 dəqiqə meydanda olub. Tərlan isə cari mövsümdə "Sumqayıt"-ın əvəzedici komandasında 13 oyunda meydana çıxıb.