"Neftçi"nin qapıçısı Səlahət Ağayev uzun müddət sonra yaşıl meydanlara qayıdıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qolkiper "Kəpəz"lə yoxlama matçında oyuna çıxıb. Zədəsini bərpa edən Ağayev 61-ci dəqiqədə Kamran İbrahimovu əvəzləyib.
O, sonuncu dəfə rəsmi oyunda 2019/2020 mövsümünün əvvəlində forma geyinib. Təcrübəli qapıçı bu yay məşqdə zədələnib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.