Yaponiyanın "Yakohama" klubu futbolçusu Kadzuesi Miura ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı hücumçu daha bir mövsüm karyerasını davam etdirəcək.
Qeyd edək ki, Kazuyoşi Miura 2005-ci ildən "Yakohama"da çıxış edir. O, Yaponiya yığmasının heyətində 89 oyuna 55 qol vurub və 1992-ci ildə Asiya Kubokunu qazanıb. Miura ən yaşlı futbolçu kimi tarixə düşüb.