"Sumqayıt" klubu sabiq futbolçusu Mehdi Şərifini geri qaytarır.
Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi bu gün 29 yaşlı iranlı hücumçunun transferini açıqlayacaq.
Qeyd edək ki, Mehdi Şərifi 2019/2020 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb.