
İngiltərə Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Sportnet.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 14-nə nəzərdə tutulan XVIII turun "Aston Villa" - "Tottenhem" matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma səbəb olub.
Əvəzində London təmsilçisi həmin gün evdə "Fulhem"lə qarşılaşacaq. Ötən il dekabrın 30 oynanılmalı olan görüş də eyni səbəbdən baş tutmamışdı.
Təqvimdəki dəyişiklik nəticəsində "Fulhem" klubunun "Çelsi" ilə oyunu yanvarın 15-dən 16-na təxirə salınıb.
Həmçinin "Aston Villa" - "Everton" qarşılaşması yanvarın 16-da deyil,17-də olacaq.