
Qış toplanışını davam etdirən "Qarabağ" bu gün tək məşqlə kifayətlənib.
Sportnet.az xəbər verir ki, klubun bazasındakı hazırlıq prosesində futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.
"Qarabağ" yanvarın 14-də "Zirə" ilə yoxlama oyunu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlanacaq.