Azərbaycan Premyer-Liqasının XIV turu çərçivəsində keçirilmiş "Səbail" - "Neftçi" matçı (1:3) "Qəbələ" Futbol Akademiyası üçün yaddaqalan olub.
Sportnet.az xəbər verir ki, əyalət təmsilçisinin daha bir yetirməsi - Emin Zamanov çempionatda debüt edib.
O, dünənki görüşdə "ağ-qaralar"ın heyətində meydana çııb.
2012-ci ildə, 14 yaşında akademiyanın sıralarına cəlb olunan Zamanov əvəzedici komandaya yüksəldikdən sonra "Qəbələ"dən ayrılmış və bir neçə başqa klubda çıxış edib.