Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 görüşünün bütün təyinatları müəyyənləşib. Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar gənc referilərə tapşırılıb.
25 yanvar (bazar ertəsi)
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu, 14:00
“Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 17:00
“Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”, 16:00