"Keşlə"nin sabiq futbolçusu Fuad Bayramov karyerasını Polşa çempionatında davam etdirəcək.
Bu barədə Sportnet.az-a açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Onun sözlərinə görə, yaxın günlərdə 3-cü liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Oyunçu yeni komandasının adını açıqlamayıb.
Bayramov hazırda Polşada karantində olduğunu əlavə edib.
Qeyd edək ki, Fuad Bayramov "Keşlə"dən başqa, "Olimpik-Şüvəlan" klubunun da formasını geyinib.