Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən "Turan Tovuz" - "Qəbələ" matçı bir dəqiqəlik sükutla başlayıb.
Sportnet.az xəbər verir ki, bu, "Turan"ın keçmiş prezidenti Tahir Yusifovun vəfatı ilə əlaqədardır.
Qeyd edək ki, Tahir Yusifov yanvarın 23-də vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Lakin keçmiş funksioner bir müddət öncə koronavirusa yoluxub. Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.