İngiltərənin "Çelsi" klubu baş məşqçi Frenk Lempardın istefaya göndərilməsi ilə bağlı qərar qəbul edib.
Sportnet.az-ın "The Telegraph" nəşrinə istinadən məlumatına görə, rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Komandanın cari mövsümdəki nəticələri London təmsilçisinin rəhbərliyini qane etmir.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb. Lempard 2019-cu ilin iyunundan "zadəganlar"a başçılıq edir.