
İranın veteran futbolçusu Mehrdad Minavənd koronavirusdan vəfat edib.
Sportnet.az “SəhərAzəri”yə istinadən xəbər verir ki, o, 46 yaşında dünyasını dəyişib.
Yanvarın 21-də koronavirus diaqnozu ilə Tehrandakı xəstəxanalardan birinə yerləşdirilən sabiq oyunçu 6 gün sonra ölüb.
Qeyd edək ki, Mehrdad Minavənd 1975-c il noyabrın 30-da Tehranda anadan olub. O, İranın “Persepolis”, Avstriyanın “Şturm", Belçikanın “Şarlerua”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şəbab”, həmçinin İranın “Keşavərz”, “Sepahan”və başqa klublarında oynayıb. Minavənd 1998-ci ildə dünya çempionatında İran millisinin heyətində yer alıb.