
İtaliyanın "Yuventus" klubu Fransa "Marsel"inin futbolçusu Marli Akeni heyətinə qatıb.
Sportnet.az-ın A Seriyasının rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Franko Tonqya ilə dəyişdirilib. Klubların özləri bu transferi açıqlamayıblar.
Qeyd edək ki, Marli Ake "Marsel"in yetirməsidir. O, cari mövsüm komandada 13 oyuna çıxsa da, qol vura bilməyib.