Fransanın "Marsel" klubunun sabiq hücumçusu Fernandao vertolyot qəzasında ölüb. Sportnet.az-ın "Todomercadoweb.es"ə istinadən məlumatına görə, Aruana şəhəri yaxınlığında baş vermiş qəza zamanı dünyasını dəyişən 5 sərnişin arasında 36 yaşlı braziliyalı da olub.
Hadisənin səbəbləri hələ məlum deyil.
Fernandao son vaxtlar Braziliya "İnternasyonal"ının idman direktoru vəzifəsində çalışırdı. O, həmin klubla 2006-cı ildə Qitələrarası Kuboku qazanmışdı. 2011-ci ildə karyerasını başa vurmuş Fernandao 2012-ci il dünya çempionatında Braziliya telekanallarından birində şərhçi olacaqdı.