
Beynəlxalq əlaqələrə cavabdeh olmalı idi"İnter" (indiki "Keşlə") və "Qəbələ" klublarının sabiq futbolçusu Nika Kvekveskiri karyerasını Polşa çempionatında davam etdirəcək.
Sportnet.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi "Lex" komandasına keçib.
29 yaşlı oyunçu ilə bu ilin iyununadək müqavilə imzalanıb. Sözləşmənin müddəti yayda daha 2 il uzadıla bilər.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Nika Kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib. O həmçinin 2019-cu ildə Qazaxıstanın "Tobol" klubunda "Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Emil Balayevin komanda yoldaşı olub.