"Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov zədələnib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə əzələsini dartıb.
Kapitan bu gün "Səbail"ə qarşı keçirilən 1/4 final mərhələsinin ilk oyununu buraxır.
Qeyd edək ki, "Sumqayıt" hazırda "Səbail"ə 0:1 hesabı ilə uduzur, görüşdə ilk hissə oynanılır.