
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentina Peres koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Funksionerin karantinə alındığı və heç bir simptom hiss etmədiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl "Real Madrid"in baş məşqçisi Zinəddin Zidanda koronavirus aşkarlanmışdı.