
"Qəbələ" klubunun futbolçusu Vinko Medimoreç zədələnib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a qarşı keçirdikləri cavab görüşündə xəsarət alıb.
Onun yerinə meydana 45-ci dəqiqədə albaniyalı Yurgen Qoca daxil olub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və "Qarabağ" 2:0 hesabı ilə öndədir. Ağdam təmsilçisi ilk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.