"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Keşlə"yə məğlubiyyəti şərh edib.
Sportnet.az xəbər verir ki, 61 yaşlı mütəxəssis əks-hücumlarda istənilən kimi oynaya bilmədiklərini söyləyib.
"Müdafiədə səhvlərdən iki qol buraxdıq", - o vurğulayıb.
Qeyd edək ki, rəqibinə 0:2 hesabı ilə uduzan "Kəpəz" kubokda mübarizəni dayandırıb.