"Səbail" futbol klubu Azərbaycan Kubokunda 20 oyunluq cəza alan məşqçisi Vüqar Məmmədlə bağlı iclas keçirəcək.
Sportnet.az xəbər verir ki, toplantı klubdaxili olacaq. İclasda 42 yaşlı mütəxəssislə bağlı qərar veriləcək.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Vüqar Məmmədə Azərbaycan Kuboku matçlarında 20 görüşlük cəza verib. Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.
Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Səbail" 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə az qol vurduğu üçün mübarizəni dayandırıb.