
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərə "Çelsi"sindən Olivye Jiru, Almaniya "Bavariya"sında Robert Levandovski, İspaniya "Real Madrid"indən Ferlan Mendi və İngiltərə "Mançester Siti"sindən Joau Kanselu iddia edir.
Jiru İspaniyada "Atletiko"ya 1:0 hesabı ilə qalib gəldikləri matçda, Levandovski İtaliyada "Latsio"nu 4:1 məğlub etdikləri görüşdə fərqlənib. Mendi isə İtaliyada "Atalanta"nı yendikləri görüşdə yeganə qolun müəllifi olub.
Kanselu Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına qarşı 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada 95 faiz dəqiq ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı
nəticəsində bəlli olacaq.