
"Zirə" Azərbaycan Premyer Liqasının "Neftçi" ilə ev oyununda ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin hücumçusu Davit Volkov 77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək, meydanı xərəkdə tərk edib. Gürcüstanlı forvardın yerinə oyuna Musa Qurbanlı daxil olub.
Qeyd edək ki, hazırda ikinci hissə davam edir və hesab "Zirə"nin xeyrinədir - 1:0. Yeganə qolu məhz Volkov vurub.