1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın yeni futbolçuları məşqə çıxdı
Mövsümün ikinci bölümünə hazırlığını vətəndə davam etdirən AZAL gündə iki dəfə olmaqla məşq edir. Sportnet.az-ın məlumatına görə, Şüvəlandakı bazada qərarlaşan oyunçular adətən, ilk öncə fiziki, sonra isə taktiki-texniki hazırlıq keçir.
Komandanın dünənki məşqində 5 yeni sima da iştirak edib. Bunlar son klubu "Araz Naxçıvan” olmuş Azər Məmmədov, Ruslan Nəsirli və Aqil Nəbiyev, "Xəzər Lənkəran”dan ayrılan Aleksandr Şemonayev və yenicə "təyyarəçi” olan Nicat Qurbanovdur. Üstəlik, əvəzedici komandadan Əfqan Poladlı, Fərid Hacıyev və Fariz Nəcəfov da əsas komanda ilə birgə məşq keçib. Dizində yüngül zədəsi olan Viktor İqbekoyi isə fiziki hazırlıq üzrə məşqçi ilə fərdi proqram əsasında çalışıb.