
"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib çempionatın favoritidir. Heyətimizdə itkilər olduğundan rotasiyaya getməyə məcbur idik. İlk hissədə narazı qaldığımız məqamlar var idi. Amma təslim olmuruq. Yuxarı pillələrə qalxmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, qarşılarına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: "Sadəcə, öz oyun dəst-xəttimiz var. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq. Komandamın potensialına inanıram".