"PPisoyun alınmadı. Temp sonadək düşmədi. "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu. Futbolçularımdan razı qaldım. Bəzi oyunlarda çətinlik çəkirik. Artıq bu görüşü unutmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bəzən uduzulan oyunlar komandanın xeyrinə olur: "Amma "Neftçi" ilə matçadək 3 oyun keçirmişdik və məhsuldarlığımız pis deyildi. Derbilərdə bəzi hallar olur ki, futbolçulara pis təsir edir. İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır".
Qurbanov penalti zərbəsini yerinə yetirəcək futbolçunu əvvəlcədən müəyyənləşdirdiyini söyləyib: "Paltardəyişmə otağında yazılı formada göstərilib ki, penalti olsa, kim vuracaq".